Hərbi dənizçilərimiz döyüşə hazırlaşır

İntensiv məşqlər keçirilib…

İntensiv məşqlər keçirilib.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində döyüş hazırlıq üzrə intensiv məşqlər keçirilir.

Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbərliyi və Hərbi Dəniz Qüvvələri komandanlığı gəmilər və heyət tərəfindən qarşıya qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi səviyyəsi, döyüş manevretmə və idarəetmə, həmçinin qarşılıqlı əlaqə imkanlarını yoxlayır.

Təlim-məşqləri Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, o cümlədən Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birgə keçiriləcək təlimlərə hazırlıq məqsədi daşıyır.