Donbasın xüsusi statusunun ləğv olunması haqqında qanun Radaya təqdim olunub

Xüsusi qaydaların 3 il müddətinə tətbiq olunması nəzərdə tutulurdu…

Xüsusi qaydaların 3 il müddətinə tətbiq olunması nəzərdə tutulurdu.

Ukrayna Radikal Partiyasının lideri Oleq Lyaşko Ali Radaya Donetsk və Luqansk vilayətlərinin xüsusi statusunun ləğv olunması haqqında qanun layihəsini təqdim edib.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko oktyabrın 16-da Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının xüsusi statusu haqqında qanunu imzalayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qanuna əsasən, xüsusi qaydaların qeyd olunan ərazilərdə müvəqqəti, 3 il müddətinə tətbiq olunması nəzərdə tutulur.

Qanunun əsas məqsədinin Donbasda vəziyyətin normallaşdırılması və sakinlərin qayıtması üçün şəraitin yaradılması, həmçinin bu ərazilərin inkişaf etdirilməsi olduğu qeyd olunub. 

Sənəddə Donetsk və Luqansk vilayətlərinin sosial-iqtisadi inkişafına dövlət dəstəyinin verilməsi  və xüsusi iqtisadi rejimin tətbiq olunması barədə qeyd olunub. 

Bundan başqa, qanunda qeyd olunub ki, ağır cinayətlər törətməkdə şübhəli bilinənlər istisna olunmaqla, silahlı birləşmələrin üzvləri təqib olunmayacaq və cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. 

Qanun dekabrın 7-də yerli idarəetmə orqanlarına seçkilərin keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, separatçılar noyabrın 2-də Donetsk və Luqansk vilayətlərində nəzarət etdikləri ərazilərdə “seçkilər” keçirib. 

www.oxu.az