Türkiyə Baş Qərargahının qəribə addımı

Tədqiqat işi ingilis və türk dillərində təqdim edilib…

Tədqiqat işi ingilis və türk dillərində təqdim edilib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytından erməni “soyqırımı”nı inkar edən 8 cildlik elmi iş silinib, “Cumhuriyyet” qəzeti bildirib.  

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, Türkiyənin Silahlı Qüvvələrinin Baş Qərargahı ermənilərin qondarma “soyqırımı” ərəfəsində gözlənilməz addım atıb. “Tarixi anlar” şöbəsindən PDF formatında olan “Ermənilərin 1914-1918-ci illərdə fəaliyyəti arxiv sənədlərində” işini ləğv ediblər.   

Qeyd edilən işi Türkiyənin Silahlı Qüvvələri Baş Qərargahının hərbi tarix və strateji tədqiqatlar idarəsi (ATASE) 2006-2008-ci illərdə hazırlamışdı.

Tədqiqat işi ingilis və türk dillərində təqdim edilib.

www.oxu.az