Ukrayna MDB-dən çıxmağa hazırlaşır

Müzakirələr aparılır…

Müzakirələr aparılır.

Bu gün üçün artıq Ukraynanın MDB tərkibindən çıxmaq imkanı nəzərdən keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko bildirib.    

“Münaqişə zamanı Krıma müdaxilənin birinci fazasında, bu təşkilat Rusiyanın aqressiyasının qarşısını almaq üçün heç bir addım atmadı. Ona görə də bizim münasibətimiz indi müvafiqdir. Ukrayna dəfələrlə, postsovet ölkələrinin diqqətini bu təşkilatın üzvlərindən birinin davranışlarına çəkmək məqsədi ilə Ukraynada MDB ölkələrinin rəhbərlərinin, xarici işlər nazirlərinin Sammitinin keçirilməsi xahişi ilə müraciət edib. Amma çox təəssüf ki, bizim kolleqalarımız bizim çağırışlara biganə yanaşdılar, ona görə də artıq bu gün Ukrayna MDB-nin tərkibindən çıxmaq məsələsini müzakirə edir”.

www.oxu.az