Azərbaycan Rusiyaya qaz satışına başlayacaq

Rövnəq Abdullayev bəyanat verib…

Rövnəq Abdullayev bəyanat verib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyaya qaz ixracını bərpa edəcək, bu barədə şirkətin rəhbəri RİA Novosti-yə verdiyi müsahibəsində bildirib,Oxu.Az xəbər verir.

“İşlər davam edir və çox güman ki, qazın çatdırılması artıq gələn il bərpa ediləcək”, – R.Abdullayev jurnalistlərə bildirib.

SOCAR cari ilin avqust ayında Rusiyaya qazın çatdırılmasını dayandırıb. Bu, Rusiya sərhəddinə yaxı Bakı-Quba avtomobil yolunun qalan hissəsinin çəkilməsi və qaz nəqliyyatı infrastrukturunda texniki işlərlə əlaqədar idi.  

Azərbaycan qazının Rusiyaya çatdırılması, Azərbaycan qazının SOCAR və “Qazprom” arasında alqı-satqısına dair 2009-cu ilin oktyabr ayının 14-də Bakıda imzalanmış müqavilə əsasında yerinə yetirilir.

SOCAR və Rusiya “Qazprom”u arasındakı müqavilə qazın çatdırılmasını istənilən vaxt dayandırıb sonradan bərpa etməyə imkan yaradır.

www.oxu.az