Ermənistan Bakıda Avropa Oyunlarında iştirak edəcək

Avropa Olimpiya Komitəsinin rəhbəri açıqlama verib…

Avropa Olimpiya Komitəsinin rəhbəri açıqlama verib.

Ermənistan 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, The Washington Times-ın verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki deyib.

Məlumata görə, Hikki ötən ay Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Tomas Baxla birlikdə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdüklərini bəyan edib.

Hikki bildirib ki, görüşdə onlar “bütün problemləri həll ediblər” və “onlar 2015-ci ildə keçiriləcək oyunlarda iştiraka razılıq veriblər”.

“Onlar (ermənilər – red.) iki həftə ərzində Bakıda keçiriləcək Baş Assambleyanın iclasına gələcəklər”.

 

www.oxu.az