Deputat: Bizə böyük qardaş lazım deyil

“Azərbaycan heç kimə öz iradəsini bizə diktə etməyə imkan verməyəcək”…

“Azərbaycan heç kimə öz iradəsini bizə diktə etməyə imkan verməyəcək”.

Azərbaycanın müstəqilliyi hər zaman onun xarici siyasətinin və strategiyasının təməli olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Moskovski komsomoles”ə verdiyi müsahibəsində Milli Məclisin deputatı Asim Mollazadə bildirib.

“Biz dəfələrlə və birbaşa bildirmişik ki, nə Moskva, nə Vaşinqton, nə Brüssel, nə Ankara Azərbaycan üçün böyük qardaş roluna iddia edə bilməz”, – o deyib.

A.Mollazadənin sözlərinə görə, bizə partnyor, dost, sülhsevər qonşular lazımdır:

“Amma Azərbaycan heç kimə öz iradəsini bizə diktə etməyə və bizə necə yaşamaq lazım olduğunu öyrətməyə imkan verməyəcək”.

www.oxu.az