Ermənilər Qarabağda xidmət etmək istəmirlər

Qraçik Muradyan Ermənistan Respublikasına qarşıdır…

Qraçik Muradyan Ermənistan Respublikasına qarşıdır.

İnsan haqları üzrə Avropa məhkəməsi Ermənistana ölkə vətəndaşları üçün Azərbaycanın işğal altında olan regionu – Dağlıq Qarabağda orduda xidmət əsasları ilə müraciət edib, bu barədə “Аrmenianreport” saytı bildirib, Oxu.Azxəbər verir.

Avropa məhkəməsi Ermənistan hökumətinə bu məsələ ilə əlaqədar “Qraçik Muradyan Ermənistan Respublikasına qarşı” işinin çərçivəsində müraciət edib, məlumatda deyilir.

Qeyd edilib ki, bu məsələ dəfələrlə qeyri-müharibə şəraitində həlak olan əsgərlərin qohumları tərəfindən qaldırılıb.

Azərbaycanın işğal altında olan, Ermənistan da daxil olmaqla, heç bir ölkə tərəfindən tanınmayan regionu  – Dağlıq Qarabağ uzun illərdir ki, Ermənistan vətəndaşlarını hərbi xidmətə çağırır, bu isə beynəlxalq normaların pozulması deməkdir.

İddiaçının vəkilinin sözlərinə görə, Avropa məhkəməsinin Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda xidmət keçmələri haqqında hüquqi əsaslar barədə suala cavab verərkən, bu ölkənin hökuməti 1994-cü ildə Ermənistan və Dağlıq Qarabağ separatçı hökuməti arasında imzalanmış sənədə istinad edilib.  

Avropa məhkəməsi “Qraçik Muradyan Ermənistan Respublikasına qarşı” iş üzrə hələ ki, qərar qəbul etməyib. İddianın əsasına İnsan haqları üzrə Avropa konvensiyasının yaşama hüququnun pozulması maddəsi daxil edilib.

www.oxu.az