Qorbaçov Putini müdafiə etmək niyyətindədir

“ABŞ hər şeyə müdaxilə etmək istəyir”…

“ABŞ hər şeyə müdaxilə etmək istəyir”.

SSRİ sabiq prezidenti Mixail Qorbaçov Berlində keçirilən “Yeni siyasət” forumunda və Almaniyanın federal kansleri Angela Merkel ilə görüşlər zamanı bəyan edib ki, Rusiya Federasiyasının mövqeyini və dövlət başçısını müdafiə etmək niyyətindədir. Bu barədə İnterfaks bildirib, Oxu.Az xəbər verir.

“Mən əlbəttə, Berlin divarının sökülməsi səbəbindən istifadə edib bildirmək istərdim ki, daha heç bir divar olmasın, yalnız daş deyil, eləcə də mənəvi və ümumbəşəri”, – SSRİ prezidenti bildirib.

“Bu məsələni Angela Merkel ilə söhbətdə də qaldıracam. Mən əminəm ki, Ukrayna problemi – bu, sadəcə ABŞ-ın ilişə biləcəyi bir səbəb idi. Rusiya yeni münasibətlərə gedərək, yeni əməkdaşlıq strukturları yaradırdı. Hər şey yaxşı olardı, amma bu ABŞ-da hamının xoşuna gəlmədi. Onların başqa planı var, onlara başqa vəziyyət lazımdır, elə vəziyyət ki, hər şeyə müdaxilə edə bilsinlər”, – Qorbaçov qeyd edib.

O, ümid edir ki, Almaniyada həmsöhbətləri ilə razılaşaraq ümumi fikrə gələ biləcək.

“Onlar keçmiş rəhbər olsalar da nüfuzlu insanlardır, onların fikri ölkə liderləri və ictimaiyyət üçün mənasız deyil”, – Qorbaçov vurğulayıb.

www.oxu.az