Azərbaycanlı iş adamı Rusiya hökumətindən vergilərin azaldılmasını xahiş edib

“Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”…

“Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.

“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Rusiyanın baş nazirinin müavini Arkadi Dvorkoviçə ünvanladığı məktubda hökumətdən sanksiyalar şəraitində ölkənin neft-qaz sahəsinə dəstək verilməsini xahiş edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, məktubda “LUKoyl”  rəhbəri  vergi yükünün azaldılmasını və təbii monopoliyaların tariflərinin qaldırılmasına moratori qoyulmasını xahiş edib. 

Arkadi Dvorkoviçin mətbuat katibi Aliyə Samiqullina məktubun olmasını təsdiqləyib, lakin təkliflərin mahiyyətini şərh etməkdən imtina edib: 

“Məktuba aidiyyatı nazirliklərdə və qurumlarda baxılır”.    

Rusiyanın Energetika və İqtisadi İnkişaf Nazirliklərində də Vahid Ələkbərovun məktubuna baxıldığını bildiriblər.  “LUKoyl” neft şirkətində bu məlumata şərh verməkdən imtina ediblər.   

www.oxu.az