İlham Əliyev orden verdi

Prezident sərəncam imzalayıb…

Prezident sərəncam imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev Siyavuş Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az APA-ya istinadla məlumat verir ki, S.Kərimi Azərbaycan Respublikasında musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, S.Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 2001-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S.Kərimi “Sarı gəlin”, “Sonuncu döyüş”, “Əlvida, cənub şəhəri”, “Girov” və s. geniş ekranlı bədii, 9 seriyalı “Heydər Əliyev” televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan “Hamlet” tamaşasına yazdığı musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. S.Kərimi “Saz məktəbi” dərsliyinin həmmüəllifi, iki cilddən ibarət “Azərbaycan xalq mahnıları” məcmuəsinin tərtibçisidir.

 

/Oxu.az/