Kreml Donbassda keçirilən seçkilərə hörmətlə yanaşır, amma tanımır – RƏSMİ

““Hörmət edirik” sözü burada xüsusilə seçilib”…

““Hörmət edirik” sözü burada xüsusilə seçilib”.

Rusiya prezidentinin müşaviri Yuri Uşakov noyabr ayının 2-də Donbassda keçirilən parlamentə deputat seçkilərinin və Luqansk və Donetsk xalq respublikalarının rəhbərlərinin seçkilərinə Kremlin münasibətini açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir.

“Rusiyanın rəsmi mövqeyi XİN-in qısa, amma sanballı bəyanatında ifadə edilib. Orada “hörmət edirik” ifadəsi işlədilib, – Uşakov deyib və qeyd edib ki, “hörmət edirik” ilə “tanıyırıq” ifadələri arasında bərabərlik işarəsini qoymaq olmaz.

 ““Hörmət edirik” sözü burada xüsusilə seçilib”, – prezidentin köməkçisi deyib.

Rusiya XİN-in bəyanatında qeyd edilib ki, Luqansk və Donetsk regionlarında seçkilər ümumilikdə mütəşəkkil və seçicilərin yüksək davamiyyətliliyi ilə keçib.

“Biz cənubi-şərqin sakinlərinin iradəsini ifadə edirik. Seçilmiş nümayəndələr regionlarda normal həyat tərzini bərpa etmək üçün, praktiki məsələləri həll etmək üçün mandat alıblar”, – nazirlikdə əlavə ediblər.

Seçkilərin nəticələrinə görə, “DXR” rəhbəri Aleksandr Zaxarçenko istefaya gedən Aleksandr Borodayı vəzifədə əvəz edib. “LXR” lideri isə İqor Plotniski olub. Hər iki “respublikada” parlamentə deputatlar seçilib.

Ukrayna, ABŞ və Avropa İttifaqı, eləcə də Azərbaycan səsvermənin nəticələrini tanımayıblar.

www.oxu.az