Neftin qiyməti kəskin azalıb

Texas neftinin bir barelinin qiyməti 62 dollara endi…

Texas neftinin bir barelinin qiyməti 62 dollara endi.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,98 dollar  ucuzlaşaraq 1 barelə görə 62,49 dollar təşkil edib.

Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,8 dollar azalaraq 65,35 dollar olub.

www.oxu.az