Rövnəq Abdullayev: Cənubi Qafqaz Boru kəməri heç bir boru kəmərinin rəqibi deyil

“Artıq bununla bağlı bütün məsələlər həll olunub”…

“Artıq bununla bağlı bütün məsələlər həll olunub”.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən qazı Gürcüstandan keçməklə Gürcüstan-Türkiyə sərhədinə nəql etmək üçün nəzərdə tutulan Cənubi Qafqaz Boru Kəməri heç bir qaz kəmərinin rəqibi deyil.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiya ilə Türkiyə arasında qaz kəmərinin tikintisinə dair sazişi şərh  edərkən deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Boru Kəməri 2046-cı ilə qədər Azərbaycan qazını Avropaya nəql edəcək.

“Artıq bununla bağlı bütün məsələlər həll olunub. Düşünürəm ki, bu qaz kəmərinin həyata keçirilməsində heç bir problem yoxdur”, – deyə SOCAR prezidenti qeyd edib.

www.oxu.az