Beynəlxalq İnsan Hüquqları günü münasibətilə SƏRSƏNGƏ YÜRÜŞ aksiyası keçirilib

“Beynəlxalq İnsan Hüquqları günü ” münasibətilə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının və İnsan Hüquqları Fondunun birgə layihəsi olan SƏRSƏNGƏ YÜRÜŞ aksiyasına dünən  səhər saat 6:00-da start verildi…

“Beynəlxalq İnsan Hüquqları günü ” münasibətilə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının və İnsan Hüquqları Fondunun birgə layihəsi olan SƏRSƏNGƏ YÜRÜŞ aksiyasına dünən  səhər saat 6:00-da start verildi.

Ənənəsinə sadiq qalaraq jurnalistlər və səfirlər üçün xüsusi avtobus ayıran təşkilatçılar tədbirin yüksək səviyyədə  təşkilinə xüsusi diqqət yetirdilər. Yola düşən avtobusu DYP xidmətinin əməkdaşları müşayət edirdi.Tədbirin keçirilməsində əsas məqsəd ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizdən olan Sərsəng su anbarının qarşısının kəsilərək ərazilərin susuz qalması nəticəsində insanların qarşılaşdıqları problemlərə diqqətin ayrılması, beynəlxalq təşkilatların məlumatlandırılması və ən əsası huquqları pozulmuş həmvətənlərimizlə daha yaxından tanış olmaqdı. İlk olaraq İran İordaniya Sudan səfirliklərinin numayəndələri ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun görüşu oldu. Gənclər mərkəzində jurnalistlər, qonaqlar və kənd sakinləri ilə dəyirmi masa ətrafında salamlaşan icra başçısı Tərtər rayonunun coğrafi ərazisindən insanların təmiz suya olan ehtiyac məsələsinə münasibət bildirməklərini təkidlə istədi. Daha sonra kənd sakinləri söz alaraq ermənilərin sözügedən su anbarının qarşısını kəsərək müxtəlif zəhərli maddələrin bu suya axıtdıqlarını, kənd təsərrufatı üçün vacib olan aylarda deyil, məhz qış aylarında suyu buraxmaları, torpağın münbit qatını zədələməklə yanaşı eyni zamanda onlara ciddi problemlər yaratdığını vurğuladılar.

Su insan həyatının ən vacib amili olduğu üçün zərərli su ötürülməklə, hətta, azyaşlı uşaqlarda şəkərli diabet kimi xəstəliyə yol açmışdır ki, bu da Azərbaycan genefonduna ağır zərbə kimi qiymətləndirildi. Jurnalistlərin suallarını cavablandırdıqdan sonra tədbirin keçirilməsində bilavasitə əməyi olan  AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov və İnsan hüquqları fondunun prezidenti Şahin bəy tədbirin mahiyyətinin incəliklərini diqqətə çatdırdılar.Tədbir həyatı iflic olan İsmayilbəyli Evoğlu sakinlərinin dinlənilməsi ilə davam edərək səfirlərə əyani şəkildə göstərildi.  Susuzluqdan  yanan torpaqlarımızın harayını  emosionallıqla bildirən kəndlilər yenə də ümüdlərinin üzülmədiyini dönə – dönə vurğulayaraq səfirlərdən imdad dilədilər. Elan olunmamış müharibənin acısından betər olan su problemi Tərtərlilərin əsl faciələrinə çevrilib. Hüquqları pozulmuş həmvətənlərimizin yeganə istəyi nankor ermənilərin bu haqsızlıqlarının dünya ictimiyətinə çatdırılması və bu problemin aradan qaldırılmasıdır.