Azərbaycanın ABŞ-dakı səfirliyi növbəti erməni təxribatının qarşısını aldı

“Amerikanın səsi”nin direktoru səhvini etiraf etdi…

“Amerikanın səsi”nin direktoru səhvini etiraf etdi.

Azərbaycanın ABŞ-dakı səfirliyinin səyləri nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb.

Oktyabrın 18-də “Amerikanın səsi”nin erməni xidmətinin saytında “Qarabağ: müharibə kölgəsində dinc həyat” başlıqlı, 10 dəqiqə davam edən film yerləşdirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyi informasiya agentliyinin rəhbərliyinə şikayət ünvanlayıb, Oxu.Az xəbər verir.

Belə ki, bu ziddiyyətli olan bu materialda bütün tərəflərin, o cümlədən də erməni işğalçıları tərəfindən əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik rayonlardan qovulmuş azərbaycanlıların rəyi əksini tapmayıb.

“Amerikanın səsi”nin erməni xidməti öz səhvini etiraf edib və bundan sonra Amerikanın nüfuzlu informasiya agentliyinin informasiya kodeksinə əsasən işləməyə söz verib.

Xidmət həmçinin söz verib ki, bu hal bir də təkrarlanmayacaq və “Amerikanın səsi”nin direktoru Devid Ensor da öz səhvini etiraf edib.

www.oxu.az