Rusiyada yeni pul vahidi yaradıla bilər

“Valyutalarımızdan birini elə bir səviyyəyə qaldırmaq olar ki, o, avro və dollara rəqib olar”…

“Valyutalarımızdan birini elə bir səviyyəyə qaldırmaq olar ki, o, avro və dollara rəqib olar”.

Rusiya Dövlət Dumasının deputatları “indiki rubla alternativ olacaq və iqtisadi sabitliyi təmin edəcək” yeni rus valyutasının yaradılması haqda düşünməyə başlayıblar.

Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Dumanın Təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə komitəsinin üzvü Anatoli Vıbornoy bildirib.

“Bizdə tamamilə yeni, alternativ valyuta yaradıla bilər. Və ya valyutalarımızdan birini elə bir səviyyəyə qaldırmaq olar ki, o, avro və dollara rəqib olar. O zaman vətəndaşlarımızın xarici valyutaya ehtiyacı da qalmaz”, deyə deputat qeyd edib.

Lakin onun sözlərinə görə, hələlik ideya sənədləşdirilməyib və konkret təşəbbüsdən danışmaq da tezdir. 

www.oxu.az