İlham Əliyev Fəxri xiyabanda

Dövlət başçısı Heydər Əliyevin xatirəsini yad edib…

Dövlət başçısı Heydər Əliyevin xatirəsini yad edib.

Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

İlham Əliyev və ailə üzvləri həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın, dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyub.

Mərasimdə digər dövlət və hökumət rəsmiləri, Milli Məclis üzvləri iştirak ediblər.

Bu gün Heydər Əliyevin vəfatından 11 il ötür. O, 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

www.oxu.az