Azərbaycanda ixracın həcmi azalıb

Mərkəzi Bank proqnoz verdi…

 

Mərkəzi Bank proqnoz verdi.

2014-cü ilin 11 ayı ərzində xarici ticarət balansının profisiti ötən ilin eyni dövrünə nəzərən 2,7% artıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Məlumatda qeyd olunur ki, ixracın həcmi idxalı 2,6 dəfə üstələyib. İdxalın 18% azalması müşahidə olunub.

Mərkəzi Bankın proqnozuna görə, ilin sonuna cari əməliyyatlar hesabı üzrə profisitin Ümumi Daxili Məhsulun (ÜDM) 10%-dən çox olacağı gözlənilir.

www.oxu.az