Azərbaycan və Qazaxıstanın dənizçiləri birgə hərbi təlim keçirəcəklər

Gəmi ekipajları axtarış-xilasetmə əməliyyatlarına qatılacaqlar…

Gəmi ekipajları axtarış-xilasetmə əməliyyatlarına qatılacaqlar.

2015-ci ildə Rusiyanın Xəzər donanması Azərbaycan və Qazaxıstanın iştirakı ilə Xəzəryanı dövlətlərin donanmalarının üçtərəfli beynəlxalq təlimində iştirak edəcək.

Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib.  

Məlumata görə, Xəzəryanı dövlətlərin ilk birgə təlimi 2015-ci ilin iyun-iyul aylarında, Xəzərin orta hissəsində baş tutacaq.

“2015-ci ildə Xəzər donanmasının (Rusiya – red.) gəmiləri Qazaxıstan və Azərbaycanın hərbi-dəniz qüvvələrinin iştirakı ilə birgə beynəlxalq təlimə qatılacaqlar”, – deyə, Qorbul vurğulayıb.

Təlimlərdə dəniz kommunikasiyaları və dəniz iqtisadi fəaliyyət rayonlarının mühafizəsi, o cümlədən birgə üzmə və manevr elementləri, tək və birgə döyüş atışları nəzərdə tutulub.

Bundan başqa, gəmi ekipajları axtarış-xilasetmə əməliyyatlarına da cəlb olunacaqlar.

www.oxu.az