2014-cü ildə gənc sahibkarlara 50 milyon manat güzəştli kredit verilib

“Proses bu il də davam edəcək”…

“Proses bu il də davam edəcək”.

2014-cü ildə 1249 gənc sahibkara 49,7 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılıb.

Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadiyyat və sənaye nazirinin müaviniSahib Məmmədov dünən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu kreditlər hesabına 2400-dən çox yeni iş yeri yaradılıb.  

Tədbirdə bildirilib ki, bundan başqa, hər il iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir qrup gənc sahibkar və menecerlər Almaniyaya ixtisasartırma kurslarına göndərilir. Təkcə 2014-cü ildə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 gənc sahibkar və menecer Almaniyada təcrübə keçiblər.

Sahib Məmmədovun sözlərinə görə, gənclərə güzəştli  kreditlərin verilməsi 2015-ci ildə də davam edəcək:

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında da gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi başlıca vəzifələrdən biri kimi müəyyən edilib. Hazırda gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, biznes layihələrin, startapların dəstəklənməsi, yeni innovativ ideyaların reallaşdırılması üçün aidiyyəti üzrə tədbirlər həyata keçirilir, gənclərə konsaltinq və informasiya xidmətləri göstərilir”.

www.oxu.az