Ermənistanda Rusiya motoatıcılarına həyəcan siqnalı verilib

Pilotsuz uçan aparatlardan istifadə ediləcək…

Pilotsuz uçan aparatlardan istifadə ediləcək.

Ermənistanda tədris-təlim kompleksi Alagəzdə Rusiya hərbi bazasının Cənubi Hərbi əyalətin motoatıcı Tağım taktiki təlimləri başlayıb.

Cənubi Hərbi əyalətin mətbuat xidmətindən verilən məlumata əsasən, təlimlərdə min hərbçi iştirak edəcək və 300 ədədə yaxın hərbi silah və hərbi texnika, o cümlədən tank, artilleriya qurğuları və minaatanlar, eləcə də hava əleyhinə müdafiə silahlarından istifadə ediləcək.

Həyəcan siqnalı ilə qaldırılan və təlimlər üçün rayonlara çıxan hərbçilər müdafiə və hücum üzrə müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Təlimlərin gedişatına nəzarət və kəşfiyyat məlumatlarını almaq üçün pilotsuz uçan aparatlardan istifadə ediləcək.

Bir həftəlik taktiki təlimlər dövründə təkərli və tırtıllı texnika sürücüləri gündüz və gecə vaxtı xüsusi görmə cihazlarının yardımı ilə dağlıq-qayalıq sahədə idarə metodikasını mənimsəyəcəklər.

Cənubi Hərbi əyalət Tağım taktiki təlimləri qoşunların qış dövrü ərzində təlimlərinin yekun yoxlaması çərçivəsində keçirilir.

www.oxu.az