Ərdoğan: Türkiyənin üzərində “soyqırım” ləkəsi yoxdur

“Bəs onların ölkələrində nə qədər erməni var?”…

“Bəs onların ölkələrində nə qədər erməni var?”.

Bizim üstümüzdə “soyqırım” ləkəsi yoxdur. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil.

Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin 1915-ci ildə baş vermiş hadisələri “soyqırım” kimi tanımasından sonra bildirib.

Ərdoğan qeyd edib ki, “necə qərar verirlər versinlər, mənim bildiyim, inandığılm bir şey var: biz niyə bir millət yaxud mətbuat kimi müdafiə olunuruq? Bunu anlamaqda çətinlik çəkirəm. Bir prezident olaraq, mənim özümü müdafiə etmək problemim yoxdur”.

Türkiyənin üzərində “soyqırım” ləkəsi olmadığını vurğulayan Ərdoğan bildirdi:

“Ermənistan başda olmaqla, parlamentlərinin qapısını onlara açan millətlərə üz tuturam: mənim ölkəmdə vətəndaş və vətəndaş olmayan 100 minə yaxın erməni var. Bəs onların ölkələrində nə qədər erməni var? Bizim ölkəmizdə indiyədək erməni vətəndaşlarımıza qarşı hər hansı bir ayrı-seçkilik olubmu?

Ölkəmizin bütün imkanlarından istifadə edən erməni vətəndaşlar, vətəndaş olmayan, Ermənistandan qaçıb ölkəmizə gələn erməniləri deportasiya edə bilərdik amma etmədik. Biz onları hələ də ölkəmizdə qonaq kimi saxlayırıq. Belə bir ölkəyə qarşı bu cür rəftarı anlamaq mümkün deyil”.

Hansı bir qərar qəbul edirlər etsinlər, bu, bir qulağımızdan girər, o birisindən çıxar, – deyə, Ərdoğan vurğulayıb:

“Çünki Türkiyənin belə bir günahı qəbul etməsi əsla mümkün deyil. Bunu hər kəs bilməlidir”.

www.oxu.az