Erməni silahlı bölmələri atəşkəsi pozmaqda davam edir

MN məlumat yaydı…

MN məlumat yaydı.

Erməni silahlı bölmələri Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bundan əvvəlki sutkada cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 45 dəfə pozulub.
 
www.oxu.az