Ermənistan Müdafiə Nazirliyi müharibədən qorxur

Gözlənilməz bəyanat….

Gözlənilməz bəyanat.

Ermənistanın Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

Oxu.Az erməni saytlarına istinadən xəbər verir ki, bəyanatda Azərbaycan əsgərlərinin işğalçıları müxtəlif çaplı atıcı silahlar, o cümlədən 60 və 82 mm çaplı minaatanlardan atəşə tutduğu qeyd olunur.

“Avqustun 12-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri təkcə 82 mm çaplı minaatanlardan 109 mina buraxıblar. Eyni vaxtda Azərbaycanın diversiya qrupları sərhəd zonasına keçidlə bağlı iki uğursuz cəhd göstəriblər.

Ermənistanın Müdafiə Nazirliyi bir daha münaqişənin yalnız sülh yolu ilə həllinin və bu məqsədlə qoşunların təmas xəttində atəşkəs rejiminə riayət olunması, qarşılıqlı etibar qüvvələrinin formalaşdırılması, həmçinin atəşkəsin pozulması üzrə beynəlxalq araşdırma mexanizmlərinin tətbiqinin zəruri olduğunu vurğulayır”, – deyə, Ermənistanın hərbi idarəsinin məlumatında bildirilir.

www.oxu.az