Türkiyədə iki PKK yaraqlısı məhv edildi

Onlar kəndlərdən birinə soxulmaq istəyiblər….

Onlar kəndlərdən birinə soxulmaq istəyiblər.

Kürdistanın fəhlə partiyasının iki yaraqlısı ötən gecə Türkiyənin şərq vilayəti Bingöldə təhlükəsizlik qüvvələri ilə atışmada məhv ediliblər. Bu barədə “Milliyet” qəzeti bildirib.

Oxu.Az xəbər verir ki, nəşrin məlumatına əsasən yaraqlılar kəndlərdən birinə soxulmaq istəyiblər, amma yerli mühafizənin nəzərindən yayınmayıblar. Atışma başlayıb, nəticədə yaraqlılardan ikisi məhv edilib, biri yaralanıb və biri də əsir götürülüb.

PKK-nın yaralı üzvünü xəstəxanaya aparıblar, polis və jandarm onun aparıldığı xəstəxana ətrafında post qurub. Hesab edilir ki, yaraqlıların soxulmaq istədikləri kəndin ətrafında başqa separatçılar da ola bilər. Bununla əlaqədar regiona bir neçə hərbi bölmə gəlib, onlar ətrafda növbə çəkirlər.

www.oxu.az