İki Koreya sərhəddində gərginlik

Cənubi Koreya hərbçilərinin cavab atəşi açmaq əmri var….

Cənubi Koreya hərbçilərinin cavab atəşi açmaq əmri var.

Koreya Respublikasının KXDR (Koreya Xalq Demokratik Respublikası) ilə sərhəddə yerləşən silahlı qüvvələrinin bölmələri tam hərbi hazırlıq vəziyyətindədirlər. Bu barədə avqustun 11-də Renhap agentliyinə ölkənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.  

“Müvafiq əmr bazar ertəsi Şimali Koreya ərazisində təbliğat xarakterli yayımı bərpa etdikdən sonra verilib”, – mənbə vurğulayıb.

Onun sözlərinə görə, hərbi-demarkasiya rayonuna əlavə artilleriya qüvvələri yönəldilib. Onlar istənilən an təxribat mənbələrinə zərbə endirməyə hazırdırlar, Cənubi Koreya kəşfiyyatı isə KXDR qoşunlarının istənilən hərəkatını diqqətlə müşahidə edir.

Müdafiə nazirinin nümayəndəsi qeyd edib ki, Cənubi Koreya hərbçilərinin sərhəddə səsucaldıcı qurğulara atəş açılan təqdirdə cavab atəşi açmaq əmri var.

O, həmçinin sərhədyanı rayonların sakinlərini maksimum dərəcədə ehtiyatlı olmağa çağırıb.  

Koreya Respublikası KXDR ərazisində təbliğat xarakterli yayımı bərpa edib, bu, iki Koreya respublikası hərbçisinin xəsarət alması ilə nəticələnən Phenyan hərbi təxribatına cavab idi.

KR-nın KXDR-ya qarşı psixoloji müharibəsi 11 il əvvəl dayandırılmışdı, o zaman iki dövlət arasında münasibətlərin isinməsi müşahidə edilirdi. İndi səsucaldıcı qurğular vasitəsilə Şimal tərəfdən Cənubi Koreyaya yenidən xəbərlər, eləcə də Phenyanın avqustun 4-də törətdiyi təxribat və onun qanunsuz olması haqqında məlumat verilməyə başlanılıb.   

Avqustun 4-də iki Cənubi Koreya hərbçisi Koreya Respublikası və KXDR arasında sərhəd rolunu oynayan qeyri-hərbi zonada partlayış zamanı ciddi xəsarət alıblar.  

Hadisə Kyonngido əyalətinin Yonxhon vilayətində adi növbə saatında baş verib. Xəsarət alan hər iki nəfər hərbi hospitala çatdırılıblar, partlayış nəticəsində onlar ayaqlarını itiriblər.

İstintaq müəyyən edib ki, partlayan hər üç mina Şimali Koreya istehsalıdır və Cənubi Koreya hərbçilərinin növbə çəkdikləri marşrut üzrə bu yaxınlarda quraşdırılıb.

www.oxu.az