Böyük Britaniya qondarma “Dağlıq Qarabağ respublikası “nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur….
Böyük Britaniya qondarma “Dağlıq Qarabağ respublikası “nı tanımır və ölkə hökumətinin onun nümayəndələri ilə heç bir əlaqəsi yoxdur.
Trend xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Bakıdakı səfirliyinin yaydığı məlumatda deyilir.
Səfirlik məlumatı separatçı rejimin rəhbəri Bako Saakyanın Britaniyaya mümkün səfəri ilə əlaqədar yayıb.
Britaniya səfirliyinin “Facebook” səhifəsində yerləşdirilən məlumatda deyilir: “B.Saakyanın Böyük Britaniyaya səfəri şəxsi xarakter daşıyır və hökumətin bu səfərlə heç bir əlaqəsi yoxdur. “Chatham House” müstəqil institutdur və öz tədbirinə istədiyi şəxsi dəvət etmək hüququ var. Qeyri-hökumət təşkilatlarının fəaliyyət azadlığı hüququnu nəzərə alaraq, hökumət bu institutun qərarına təsir edə bilməz və etməməlidir”.
/Trend/