Səfirlik: Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib

Səfirlik: Fransanın ATƏT-in Minsk qrupundakı həmsədri dəyişib

ATƏT-in Minsk qrupundakı fransalı həmsədrinin dəyişməsi barədə məlumatı Fransanın Azərbaycandakı səfirliyi təsdiqləyib.

Səfirlikdən APA-ya bildirilib ki, həmsədr Pyer Andriunu Stefan Viskonti əvəzləyib.

Lakin S. Viskontinin həmsədr kimi nə vaxt fəaliyyətə başlayacağı hələlik məlum deyil.

Apa.az