Məktəblilərin hüquqi maarifləndirilməsi davam edir

Məktəblilərin hüquqi maarifləndirilməsi davam edir

İnsan Hüquqları üzrə İctimai Şura Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Orta ümumtəhsil məktəblərində hüquq tərbiyəsinin təbliği məqsədi ilə tədbirlərin keçirilməsi ” layihəsinin çərçivəsində məktəbliləri hüquqi maarifləndirmək və məlumatlılıq səviyyələrinin artırılması məqsədilə növbəti seminar-məşğələni Cəlilabadda keçirdi. Ekspert tərəfindən Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan müvafiq müddəalarla şagirdlərin tanış edərək, Azərbaycan vətəndaşlarının, habelə şagirdlərin özlərinin bir sıra vəzifələri, hüquq və azadlıqları, Cinayət hüququ, Mülki hüquq, Ailə hüququ, Təhsil hüququ, Asayişin keşiyində dayanan hüquq işçilərinin vəzifələri və bu vəzifələrin dövlət əhəmiyyəti, Hüquq pozuntularının mahiyyəti, Birgəyaşayış normaları və bu normaların pozulması hallarının yolverilməzliyi barədə  və digər hüquqi mövzularda geniş müzakirələr apardı.