Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi: “Atəşkəs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün ən mühüm şərtdir”

 

“Atəşkəs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün ən mühüm şərtdir”.

“Report” xəbər verir ki, Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəsmi “Twitter” səhifəsində yer alan bu fikirlər Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçə məxsusdur.

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həll yollarını işləyib hazırlamasında kollketiv vasitəçi kimi səyləri təqdirə və şərtsiz dəstəyə layiqdir”, – A.Lukaşeviç belə düşünür.

O, Azərbaycan və Ermənistan rəhbərlərinin bu il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçılarının Şurası çərçivəsində “intensiv əlaqələri”ni yüksək qiymətləndirib.

“Təmas xəttində və Azərbaycan və Ermənistan arasındakı sərhəddə nisbi sabitlik qorunur, atəşkəs rejiminin pozulmaları ilə bağlı halların sayı azalır”, – Rusiyanın daimi nümayəndəsi qeyd edib.

O, tərəfləri təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görməklə bağlı müsbət tendensiyanı davam etdirməyə çağırıb.