ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma “seçkilərin ” nəticələrini tanımır

ABŞ hökuməti sentyabrın 13-də Dağlıq Qarabagda keçiriləcək qondarma “seçkilərin ” nəticələrini tanımır….

ABŞ hökuməti sentyabrın 13-də Dağlıq Qarabagda keçiriləcək qondarma “seçkilərin ” nəticələrini tanımır.

Trend “RİA Novosti “yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

“Biz münaqişənin tammiqyaslı həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma “seçkiləri ” regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik “, — deyə o bildirib.

/Trend/