“Çətin qərarlar qəbul edilib”…
“Çətin qərarlar qəbul edilib”.
ABŞ-ın Ermənistandakı səfirliyinin İctimaiyyətlə əlaqələr ofisinin yerinə yetirdiyi mədəniyyət, eləcə də Ermənistan və Türkiyə arasında və Ermənistan Azərbaycan arasında barışma prosesinə yönləndirilmiş proqramlara görə müəyyən ixtisarlar olacaq.
Oxu.Az News.am-a istinadən xəbər verir ki, bu barədə aprelin 14-də ABŞ-ın Ermənistanda yerləşən səfirliyində keçirilən mətbuat konfransında ABŞ-ın ölkədə fövqəladə və səlahiyyətli səfiri Riçard Millz bəyan edib.
Səfir əlavə edib ki, əsas prioritet istiqamətlər üzrə proqramlar davam edir, eyni şey USAİD proqramına da aiddir.
Səfir əlavə edib ki, yeni çağırışlara reaksiya verə bilmək üçün, vəsaitlərin paylaşdırılmasına dair çətin qərarlar qəbul edilib.