ABŞ daha bir ölkəyə sanksiya tətbiq etdi

Səbəb kimi Macarıstanın Rusiya ilə yaxınlaşması göstərilir…

Səbəb kimi Macarıstanın Rusiya ilə yaxınlaşması göstərilir.

ABŞ Macarıstana qarşı sanksiyalar tətbiq edib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda Vaşinqton diplomatlarına istinadən Macarıstan mətbuatı yazır.

Belə ki, bir sıra macar məmur və biznesmenlərin ABŞ-a girişi qadağan edilib. Konkret adlar göstərilmir.

Ehtimal olunur ki, baş nazir Viktor Orban və ona yaxın şəxslər, vergilər nazirliyinin yüksək vəzifəli işçilərinə qadağan olunub.

Macarıstan mətbuatı sanksiyaların hansı səbəblərə görə qoyulduğunu müzakirə edir. Ehtimal olunur ki, son vaxtlar Macarıstan ilə Rusiyanın yaxınlaşması sanksiyaların tətbiq olunması səbəblərindən biridir.

Macarıstanın Xarici İşlər Nazirliyi artıq ABŞ-dan izahat tələb edib.

www.oxu.az