ABŞ-ın Viskonsin ştatının Miluoki Dairəsi tərəfindən Azərbaycanın müstəqillik günü ilə bağlı bəyanat qəbul olunub

Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü münasibətilə ABŞ-ın Vinkonsin ştatının Miluoki Dairəsinin…

Azərbaycan Respublikasının müstəqilliyinin 23-cü ildönümü münasibətilə ABŞ-ın Vinkonsin ştatının Miluoki Dairəsinin (Milwaukee County) rəhbəri Kris Abele 2014-cü il 18 oktyabr tarixinin bu dairədə Azərbaycan müstəqilliyi günü kimi tanınması barədə bəyanat qəbul edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu əlamətdar gün münasibətilə Azərbaycan xalqının təbrik olunduğu həmin bəyanatda həmçinin 23 il əvvəl müstəqillik yolunu seçmiş Azərbaycanın artıq beynəlxalq aləmdə öz yerini tutduğu göstərilir və müxtəlif mədəniyyətlərin bir araya gəldiyi Azərbaycanın qədim memarlıq, ədəbiyyat, musiqi ənənələri və folklor rəqs nümunələrinin qorunub, saxlanması ilə məşhur olduğu açıqlanır.

Miluoki Dairəsinin rəhbərinin imzaladığı sənəddə bundan əlavə ölkəmizin Qafqaz dağları, Xəzər dənizi və eləcə də Yanar dağın təcəssüm etdirdiyi füsunkar mənzərələrə malik olduğu bəyan edilir.

 

/Trend/