ABŞ islamçıların İraqdakı mövqelərinə aviazərbələr endirib

“İŞİD kütləvi qətllər, soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib”…

“İŞİD kütləvi qətllər, soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib”.

ABŞ təyyarələri, yaraqlıların İraqın paytaxtı Bağdadın yaxınlığında yerləşən mövqelərinə aviazərbələr endiriblər.

ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin verdiyi məlumata görə, zərbələr yaraqlılar tərəfindən atəşə məruz qalmış İraq qoşunlarına dəstək üçün endirilib, Oxu.Az BBC-yə istinadən xəbər verir.

Bazar ertəsi Parisdə 40-a yaxın ölkənin nümayəndələrinin görüşü keçirilib, onlar “İslam Dövləti” yaraqlıları ilə mübarizədə İraqa labüd hərbi dəstəyi göstərməyi qərara alıblar.

İraqın prezidenti Fuad Masum bəyan edib ki, İŞİD kütləvi qətllər, soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib.

/oxu.az/