Oktyabr-dekabr aylarında 8,9% artım olub…
Oktyabr-dekabr aylarında 8,9% artım olub.
2014-cü ilin IV rübündə ABŞ enerji şirkətləri neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, bu sahədə investisiya yatırımlarını artırmağa davam ediblər.
Oxu.Az rus mətbuatına istinadən xəbər verir ki, neft buruqları və yataqlarına investisiyalar illik göstəricidə iyul-sentyabr ayında olan 8,3%-dən sonra oktyabr-dekabr aylarında 8,9% artıb.
Ekspertlər proqnozlaşdırır ki, neftin qiyməti azalarsa, bu sahədə investisiyaların həcmi azala bilər.
Xatırladaq ki, Brent markalı neft yarım il ərzində təxminən 110 dollardan 50 dollara qədər ucuzlaşıb.