Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səs artıq toplanıb…
Xocalı qətliamının tanınması məqsədilə Ağ Evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səs artıq toplanıb. Trend-in məlumatına görə, petisiya üçün tələb olunan 100 min səs artıq toplanıb. Qeyd edək ki, Ağ Evin rəsmi səhifəsində yer alan “Biz xalqıq ” (We the People) bölməsində yerləşdirilmiş petisiya faciənin 21-ci ildönümü ərəfəsində Xocalı soyqırımı və onun qurbanlarının anılması və ABŞ Prezidentinin bununla bağlı bəyanat verməsi üçün imza toplanmasını nəzərdə tutur.
Yanvar 25-dən etibarən ərizə üçün səsvermələr açıq elan olunub və elektron imza toplamaq üçün “Biz xalqıq ” kampaniyası çərçivəsində səsvermə başlayıb.
/Trend/