“Səylərimizi ikiqat artırmalıyıq”…
“Səylərimizi ikiqat artırmalıyıq”.
ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsi zonasında, qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus döyüş helikopterinin vurulması ilə nəticələnən insidentə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, qurumun sözçüsü Cennifer Psaki hadisəni belə şərh edib:
“Son hadisələr Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərimizi ikiqat artırmağın, o cümlədən gərginliyi azaltmağın və atəşkəs rejiminə riayət etməyin zəruriliyinə dair daha bir xatırlatma oldu”.
Xatırladaq ki, dünən cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində təmas xəttini pozan Ermənistan tərəfinə məxsus vertolyot Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub. Ermənistan mətbuatının yaydığı xəbərə görə, 3 erməni pilot qəzada ölüb.