ABŞ şəhərlərinin merləri miqrantların deportasiya edilməsinin əleyhinə çıxış ediblər

ABŞ şəhərlərinin merləri miqrantların deportasiya edilməsinin əleyhinə çıxış ediblər

ABŞ-ın bir sıra şəhərlərinin merləri miqrantların deportasiya edilməsinin əleyhinə çıxış ediblər.

Trend-in “RİA Novosti “yə istinadən verdiyi məlumata görə, Meksikanın paytaxtı Mexikoda keçirilən sammitdə Finiks, Sietl və Vaşinqton şəhərlərinin merləri və Nyu-Yorkun merinin müavini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın miqrantların deportasiya edilməsinə dair planlarına qarşı çıxıblar.

“Baxmayaraq ki, çoxları miqrantların deportasiya edilməsini istəyir, biz bunu etməyəcəyik “, – Finiksin meri Qreq Stenton deyib.

Qeyd edək ki, Tramp öz seçkiqabağı kampaniyası zamanı Meksika ilə sərhəddə miqrantların axınının qarşısını almaq üçün divar tikməyi vəd edib. CBS kanalına müsahibəsində o 3 milyonadək qeyri-qanuni ölkədə yaşayan miqrantları deportasiya etməyi söz verib.

 

Trend.az