Bu ilin oktyabr ayından sonra….
Bu ilin oktyabr ayından sonra.
ABŞ “Petriot” hava hücumundan müdafiə sistemlərini bu ilin oktyabr ayından sonra Türkiyədən çıxaracaq. Bu barədə bazar günü Amerika və Türkiyənin nümayəndələri bəyan ediblər.
Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, məlumatda Amerikanın “Petriot”ları böhran yaranarsa, Türkiyəyə bir həftə ərzində qaytarıla bilər və Türkiyənin müdafiə qabiliyyətliliyini dəstəkləmək üçün Amerika hərbi gəmilərinin Aralıq dənizində olacağı bildirilib.
ABŞ, Almaniya və bir sıra ölkələr “Petriot” batareyasını 2013-cü ildə Türkiyədə NATO müttəfiqini Suriya ərazisindən raket atəşindən qorumaq üçün yerləşdirmişdilər.
Bu ərəfədə Almaniya hökuməti 250-yə yaxın hərbçisini və “Petriot” batareyasını Türkiyədən çıxarmaq qərarını elan edib, belə ki, onların missiyada iştirak mandatı 2016-cı ilin yanvarın sonunda başa çatacaq.
Almaniya KİV-nin məluamtına əsasən AFR-nın Müdafiə Nazirliyində bu addımın Suriya ərazisindən Türkiyəyə hücum təhlükəsinin olmadığı ilə izah ediblər.