Alman kəşfiyyatı: Malayziya təyyarəsini separatçılar vurub

Sübutların arasında peyk məlumatlarının ekspert qiymətləndirməsi, müxtəlif fotoşəkillər var…

Sübutların arasında peyk məlumatlarının ekspert qiymətləndirməsi, müxtəlif fotoşəkillər var.

Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) Ukrayna səmasında “Boeing”in vurulmasına görə rusiyayönümlü separatçıların məsuliyyət daşıması barədə qərar çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə bazar günü, oktyabrın 19-da Spiegel Online dərgisinin saytında məlumat verilib.

Alman qəzetinin məlumatına görə, oktyabrın 8-də BND-nin rəhbəri Gerhard Şindler bundestaqın (alman parlamenti – red.) nəzarət komissiyasına iyulun 17-də sərnişin təyyarəsinin vurulmasına görə separatçıların məsuliyyət daşıması barədə geniş sübutlar təqdim edib.  

Sübutların arasında peyk məlumatlarının ekspert qiymətləndirməsi, müxtəfil fotoşəkillər var. Şindlerin sözlərinə görə, separatçılar Ukrayna Anti-terror əməliyyatı qüvvələrindən “Buk” zenit-raket kompleksi ələ keçiriblər və ondan atəş açıblar. Raket Malayziya təyyarəsinin bilavasitə yaxınlığında partlayıb.

Spiegel Online-nin məlumatına görə, BND bir neçə birmənalı rəylə çıxış edir. Əvvəla, Ukrayna tərəfinin təqdim etdiyi fotoşəkillər saxtadır. İkincisi, Rusiyanın “Boeing”i ukraynalı əsgərlərin vurması və onun yaxınlığında Ukraynanış döyüş təyyarəsinin olması barədə iddiaları həqiqətə uyğun deyil.

“Onlar rusiyayönümlü separatçılar idilər”, – deyə, Der Spiegel Şindlerin MH17 reysinin məhvi ilə bağlı araşdırma haqqında məruzəsindən sitat gətirir. 

Qeyd edək ki, “Boeing”in qəzaya uğraması nəticəsində həlak olan 298 sərnişindən dördü Almaniya vətəndaşıdır.

www.oxu.az