Avropa Şurasının monitorinq institutlarının Dağlıq Qarabağa və Azərbaycanın 7 ətraf rayonuna maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb.
APA-nın “Ukrinform “a istinadən verdiyi məlumata görə, bu sözləri Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət naziri Mixael Rot AŞ Nazirlər Komitəsinin Kiprdə keçirilən 127-ci sessiyasında çıxışı zamanı deyib.
O çıxışında eyni vəziyyətin Abxaziya və Cənubi Osetiya, Denstryanı, həmçinin Krıma aid olduğunu da bildirib: “Rusiya tərəfindən ilhaq olunmuş Krımda, həmçinin Şərqi Ukraynada separatçıların nəzarətində olan ərazilərdə insan haqlarının vəziyyəti böyük narahatlıq yaradır. AŞ-nın insan haqları üzrə səlahiyyətlisinin və digər monitorinq institutlarının bu regionlara maneəsiz girişinin təmin olunmasının vaxtı çatıb”.
O, AŞ-nin baş katibi Tyorbörn Yaqlandı bu istiqmətdə qətiyyətli şəkildə öz səylərini davam etdirməyə çağırıb.
Apa.az