Ankarada Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

Səfər zamanı nümayəndə heyəti Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi Atilla Torosla görüşüb. Görüşdə miqrasiya, daimi və müvəqqəti yaşama icazəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak edib.

Səfər fevralın 2-dək davam edəcək.

АZƏRTAC