Ankaranı etiraz dalğaları bürüyüb

Polis su şırnaqları və səs bombalarından istifadə edib…

Polis su şırnaqları və səs bombalarından istifadə edib.

Türkiyədə seçki saxtakarlığına qarşı etirazlar başlanılıb. 

Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, Ankarada polis Mərkəzi Seçki Komissiyasının binasının qarşısında keçirilən etiraz aksiyasını dağıtmağa çalışır. 

Asayiş keşikçiləri etirazçılardan nəqliyyatın hərəkətinə mane olmamaq üçün dağılışmağı tələb edib. Bundan sonra polis su şırnaqları və səs bombalarından istifadə edib.

MSK bu gün mübahisə yaranan məntəqələrdə səslərin təkrar sayılması barədə qərar qəbul edib.

Qeyd edək ki, martın 30-da keçirilən bələdiyyə seçkilərində 45,6 faiz səslə hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

www.oxu.az