Amerika şirkətinin qiyməti 661 milyard dollara çatdı…
Amerika şirkətinin qiyməti 661 milyard dollara çatdı.
Rusiyanın səhm bazarının ümumi kapitallaşması Apple şirkətinin kapitallaşması səviyyəsindən aşağı düşüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS Bloomberg Russia Exchange Market Capitalization indeksinin 13 noyabra olan məlumatlarına istinadən xəbər verir.
İlin əvvəlindən Rusiyanın fond bazarı 268 mlrd. dollar azalaraq, 498 mlrd. dollar təşkil edib.
Eyni zamanda, Apple şirkətinin kapitallaşması 192 mlrd. artaraq, 661 mlrd. dollara çatıb.
Noyabrın 14-də Rusiyanın RTS indeksi neftin qiyməti və rublun məzənnəsinin azalması fonunda yenidən 1000 bənddən aşağı düşüb. Səhər saatlarından Moskva birjasında avronun rubla məzənnəsi 59 rublu, dollara nisbətdə məzənnəsi isə 47 rublu ötüb. Bununla yanaşı, Brent növlü neftin qiyməti 1 barelə görə 77 dollardan aşağı düşərək 2010-cu ilin martından müşahidə olunan səviyyəyə – 76,76 dollara çatıb.
Cari ilin iyunundan Brent markalı neftin qiyməti artıq 30%-dən çox azalıb. Eyni dövr ərzində dolların rubla nisbətdə məzənnəsi 38%, avro isə 26% bahalaşıb. Rublun məzənnəsinin azalması fonunda dollarda ifadə olunmuş RTS indeksi ilin əvvəlindən 31% azalaraq, 2009-cu ilin minimumuna çatıb.