Aravuran və demoqoq – Ermənistanın birinci prezidentinin “xidmətləri”

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdədir…

Ermənistanda daxili siyasi vəziyyət gərginləşməkdədir. Serj Sərkisyan rejimi öz rəqiblərinə qarşı hücuma keçərək, “qara piar ” gücləndiri. Elə hakimiyyətə yaxın “Ermənistanın Səsi” qəzetinin ölkənin 1-ci prezidenti Levon Ter-Petrosyan haqda ifşaedici analitik redaksiya məqaləsi də bu “piar “ın tərkib hissəsidir. “Zülmət qəsrin kabus sakini” adlı məqalə ölkədə geniş rezonans doğurub və Ermənistanın o zamankı rəhbərliyinin qərarlarını sərt tənqid edilib. Modern.az həmin anlalitik məqalənin diqqətçəkən məqamlarını təqdim edir.

Redaqksiya qeyd edir ki, Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan heç cür siyasi səhnədən getmir. Əvvəlki kimi aravuran və demoqoq olan Petrosyan öz ideyalarını, tərəfdarlarını və onların düşüncələrini şantaja, manipulyasiya və təxribata sürükləyir. 

“Yanvarda onun 68 yaşı tamam oldu. Və bu “ahıl yaş” sən demə, onun 2013-cü il seçkilərində iştirakdan imtina etməsinə səbəb olub. O, bununla da Erməni Milli Konqresini parçalanma qarşısında qoydu. Petrosyan həm də anlayırdı ki, öz prinsipsizliyi və təxribatçı şüarları ilə tərəfdarlarının çoxunun dəstəyini itirib “.

“Ermənistanın Səsi” bildirir ki, ölkənin 1-ci prezidentinin fəaliyyətinə verilən qiymət birmənalı deyil. 

“Hətta indiki prezidnet Serj Sərksiyan Petrosyan şəxsiyyətinə bir növ laqeyd yanaşaraq, məhz onun dövründə erməni xalqının hərbi zəfər qazandığını və “azad iqtisadiyyatın fundamentinin qoyulduğunu” düşünür. “Aykakan Jamanak” qəzetinin redaksiyası isə yubilyarı təbrik edərkən yazıb: “Tarixdə Ter-Petrosyanın xidmətlərinin müsbət qiymətləndiriləcəyi düşünülür. Çünki Ermənistanın müstəqillik qazanması və 90-cı illərin sistemli böhranlarının aradan qaldırılması onun adı ilə bağlıdır” “.

Qəzet qedy edir ki, “Ermənistan Ümummilli Hərəkatının” hakimiyyətdə olduğu illərdə “Ermənistanın Səsi”nin redaksiyası 3-cü respublikanın (müstəqil Ermənistanın) diletant banilərinin cinayətkar anti-xalq daxili və xarici siyasətini ifşa etdiyi üçün təqib və təzyiqlərə məruz qalırdı. Buna görə də Levon Ter-Petrosyan tarixə dağıdıcı, zavallı təxribatçı və demoqoq təbiətli biri kimi düşəcək.  

“O, siyasət meydanına “hazıra nazir” kimi gəlmişdi. Mübarizəyə hər kəsdən gec (1988-ci ilin mayında) qoşulmuşdu. Buna baxmayaraq, ilk baxşıda təvazövkar görünən elmi işçi Yerevanın Teatr meydanındakı ehtiraslı kütlənin beyinlərinə, ürəklərinə və arzularına hakim olacaqdı.
Sovet Ermənistanının Ali Məclis sədri olarkən verdiyi müsahibə zamanı Levon Ter-Petrosyan “Qarabağ” komitəsinə gəldiyi zaman siyasətçi olmadığını etiraf edib. Onun sözlərinə görə, respublikada 2 il ərzində hakimiyyətlə mübarizə zamanı o və həmkarları “sistemli siyasi düşüncə” təcrübəsi qazanıblar.
Amma belə möcüzələr olmur. Təsadüfi deyil ki, SSRİ-nin süqutu prosesində əksər respublikaların seçiciləri üstünlüyü təcrübəli siyasətçi və təsərrüfatçılara verdi. Ermənistan isə bu mənada yeganə respublika idi ki, hakimiyyət elementar ölkə idarəçilyini bilməyən, siyasətə diletantçılıq, avantürizm, kəskin dözümsüzlük, büdcə yeyintisi və dağıdıcılıq gətirən bir dəstə intellektualın əlində idi. Bunda hakimiyyətdən könüllü çəkilən Ermənistan Kommunist Partiyasının liderləri, o cümlədən Karen Dəmirçiyan günahkar idi. O zamanlar 1-ci katib olmuş Vladimir Movsisyan deyib:  “Onlar hakimiyyətə Moskvanın köməyi ilə gəliblər” “.

Məqalədə xatırladılır ki, vaxtilə yeni seçilmiş parlamentə müraciəti zamanı Ter-Petrosyan bəyan edirdi: “Mümkündürmü ki, erməni xalqının gələcəyini 70 illik fəaliyyəti dövründə respublikamızı tənəzzülə çatdıran partiyaya etibar edək?”.

“Sonra isə “Qarabağ komitəsi”nin “şücaətlərini” sadalayırdı: Ermənistan Ali Sovetinin 1988-ci il 16 iyun və 1989-cu il 1 dekabr qərarları ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi, Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dondurulması, “Nairit” zavodunun bağlanması, 1990-cı ilin yazında həqiqi hərbi xidmətə çağırışın dayandırılması və Xalq Maarif Nazirliyinin erməni uşaqlarının yalnız erməni dilində təhsil almaları barədə sərəncamı.

Bu arada Azərbaycan rəhbərliyi daha uzaqgörən addımlar atdı: bütün ittifaqdaxili tədbirlərdə aktiv iştirak etdi, respublikanın müstəqilliyini öncədən bəyan etmədi, rus məktəblərini bağlamadı, öz vətəndaşlarının sovet ordusunda xidmət etməsinə mane olmadı və Leninin heç bir heykəlinə toxunmadı. Həm də Azərbaycan rəhbərliyi Ermənistanı “Dağlıq Qarabağın Ermənistanla birləşməsi haqda” antikonstusion qərarına istinad edərək ilhaqda ittiham etmək üçün bütün qanuni əsaslara malik idi.

Ter-Petrosyan Dağlıq Qarabağdan imtina edərək Azərbaycanla birbaşa danışıqları mümkün hesab edirdi. Dağlıq Qarabağ məsələsindəki sınma nöqtəasi SSRİ-nin dağılması və millətlərarası qarşıdurmanın qızışdırıcısı olan Mixail Qorbaçovun siyasi səhnədən getməsi oldu. Rusiyanın Ermənistana münasibəti də dəyişdi. Lakin Levon Ter-Petrosyan Ermənistanın prezidenti və avtomatik olaraq Ali Baş Komandan olduqdan sonra hərbi strategiya və taktikadan tamamilə xəbərsiz, Qarabğ ermənilərinin bir sıra vacib əməliyyatlarının keçirilməsinə mane olan səriştəsiz şəxs kimi tarixə düşdü. Atəşkəs yerinə biz kapitulasiyaya nail ola bilərdik. Atəşkəs hələ qələbə demək deyil.

Mərhum akademik Rafael Kazaryan 1-ci prezidentin ikiüzlü və qəddar şəxsiyyətinə müfəssəl təsvir vermişdi:

“Tədricən Qarabağ Levon üçün əvvəlki önəmini itirməyə başladı. Zamanala hətta ağır yük kimi görülməyə başladı. Yəqin ki, məhz bu zaman artıq Qarabağın Azərbaycana verilməsi fikrinə gəldi. Bu fikri təsdiqləyən bir sıra məqamlar: Lissabon sammitində uğursuzluğa gətirib çıxardan passiv xarici siyasət, sosial gərginliyin azaldılması üçün demək olar heç bir tədbirin görülməməsi, kütləvi mühacirətə gətirib çıxaran istehsal müəssisələrinin dağılması prosesinə laqeydlik, şübhəli kadr siyasəti, Qarabağın məskunlaşdırılmasına diqqətin ayrılmaması və s. ” “.

“Ermənistanın səsi ” daha sonra Levon Ter Petrosyan haqda yazır: “Onun “Qarabağ komitəsi “ndə təsadüfi fiqur olması, müxtəlif xüsusi xidmət orqanlarının agenti olması, həyasız demaqoq və təxribatçı olmasına aid çoxlu yazılar var. “Erməni soyqırımı”nın tanınmasından imtina etmək, ermənilərin yaşadıqları yerlərdən deportasiya olunmasına razılıq vermək, Qarabağı Azərbaycanın tərkibində saxlamaq, Qarabağ ermənilərinin hücum əməliyyatlarına mane olmaq satınlıqdan başqa bir şey deyil. Bunlara görə istənilən ölkədə ölkə başçısını mühakimə edib, ən ağır hökmü verə bilərdilər. Lakin bizdə Petrosyan müharibə qalibi, bir növ Stailmə çevrildi.
Onun 2007-ci il dekabrın 8-dəki mitinqdəki çıxışına (6 qəzet səhifəsi həcmində) nəzər salmaq kifayətdir ki, 1-ci prezidentimizin kim olması barədə aydın təsəvvürlərimiz formalaşsın. Həmin çıxışdan aydın olurdu ki, “rifah və təminat baxımından sovet hakimiyyəti erməni xaqlının 3 min illik tarixi boyu ən yaxşı dövrlərdən biri idi. Və hətta Sovet Ermənistanın nailiyyətlərindən faktlar da gətirir.
Çıxışdan aydın olur ki, sən demə, müstəqilliyin ilk illərində baş verənlər qaçılmaz idi. “Erməni Ümummilli Hərəkatı” guya Metsamor Elektrik Stansiyasının bağlanmasında müqəssir deyil. “Özəlləşdirmənin qanunsuz aparılmasından”, elektrik daşıyıcılarının oğurlanmasından, türkyönümlü siyasətdən və s. “söhbət belə gedə bilməz”.

Və guya hakimiyyətə gələn “monqol-tatar”lar, yəni “qarabağlılar” bütün Ermənistanı zəbt edib öz mülklərinə çeviriblər. Nəticədə, 10 ildir “korrupsiyaşlmış quldur dövlət sistemi” formalaşıb. Və guya indi bu “xilaskar” hakimiyyətə can atır ki, Herakl kimi bir gündə at tövləsini peyindən təmizləyəcək.

Əlbəttə, ikinci (Köçəryan) və 3-cü prezidentlərin (Sərksiyan) hökumətləri də çoxlu səhvlər buraxıblar. Onların vaxtında biznes və hakimiyyətin yaxınlaşması daha da intensiv olub. Ölkə daha da korrupsiyalaşdı. Lakin statistikaya baxdıqda aydın olur ki, 1-ci prezident zamanı Ermənistan elə dərin quyuya düşüb ki, heç bir qüvvə 1990-cı ildəki – böhran qabağı ildəki həyat səviyyəəsini bərpa edə bilməz.

Müstəqillik qurban tələb edir, lakin o dərəcədə yox ki, ölkə əhalisinin 1/3-ni itirəsən və yerdə qalan 3 milyona layiqli həyat verə bilməyəsən. Vıə bütün bu hoqqalar daxili və xarici siyasətdə dəhşətli cimnayətlər törədən 3-cü respublika banilərinin əməlləridir. Bu azmış kimi, cəzasız qalan “Erməni Ümummilli Hərəkatı”nın üzvləri yeni maska altında siyasi arenaya çıxaraq öz dağıdıcı və təhrikçi əməlllərini davam etdirirlər. Çiçəklənən iqtisadiyyatımızın əsas dağıdıcısı isə Ermənistan prezidenti olmağa iddialıdır. Onların indiki məqsədi Yerevan Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə qələbə qazanmaqdır”.

 

/Modern.az/