Argentinada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Buenos-Ayresdə Leyla Əliyevanın ideya müəllifi olduğu kitab təqdim olunub. Azərbaycan Respublikasının Argentinadakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, anım mərasimində ispan dilində nəşr olunmuş ideya müəllifi Leyla Əliyevaya məxsus “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi… “(Jodyali. 20 años, 10 storias. Que podrian haber sido reales…) kitabın təqdimatı keçirilib…

Buenos-Ayresdə Leyla Əliyevanın ideya müəllifi olduğu kitab təqdim olunub. Azərbaycan Respublikasının Argentinadakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, anım mərasimində ispan dilində nəşr olunmuş ideya müəllifi Leyla Əliyevaya məxsus “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi… “(Jodyali. 20 años, 10 storias. Que podrian haber sido reales…) kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə bu kitabın Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunan və soyqrımın dəhşətlərini fərqli üslubda, çox təsirli şəkildə ictimaiyyətə çatdıran dəyərli nəşr olduğunu bildirib.

Azərbaycan diplomatı Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə danışıb.

Argentinanın hökumət qurumlarının və parlamentinin, elmi-akademik çevrələrinin, ictimai təşkilatların, mətbuat və ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə, Xocalı soyqırımı ilə bağlı foto stendlər qurulub və iştirakçılara bu mövzuda nəşr olunmuş müxtəlif kitab və dərgilər paylanıb.

/Trend/