AŞ nazirlərinin müavinləri Azərbaycanda insan haqları və demokratiya sahəsində islahatlara dair tədbirlər planını təsdiq edib

Avropa Şurası (AŞ) nazirlərinin müavinləri Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya sahəsində islahatların dəstəklənməsinə yönələn 2014-2015-cü illər üzrə tədbirlər planını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının saytında bildirilib…

Avropa Şurası (AŞ) nazirlərinin müavinləri Azərbaycanda insan haqları, qanunun aliliyi və demokratiya sahəsində islahatların dəstəklənməsinə yönələn 2014-2015-cü illər üzrə tədbirlər planını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə Avropa Şurasının saytında bildirilib.

Tədbirlər planı AŞ nazirlərinin müavinlərinin dünən keçirilən 1197-ci iclasında təsdiq olunub.

Qeyd edək ki, Azərbaycan may ayından etibarən Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlayacaq.

/Trend/