AŞ PA-nin siyasi komitəsi Ermənistanı Sərsəng su anbarından təzyiq vasitəsi kimi istifadə etməməyə və qoşunları çıxarmağa çağırıb

AŞ PA-nın Siyasi məsələlər üzrə komitəsi deputat Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı hazırladığı məruzə əsasında qətnamə layihəsini qəbul edib…

AŞ PA-nın Siyasi məsələlər üzrə komitəsi deputat Militsa Markoviçin Sərsəng su anbarı ilə bağlı hazırladığı məruzə əsasında qətnamə layihəsini qəbul edib. Bu barədə Trend AŞ PA-nın saytına istinadən məlumat verir.

Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının bu ölkə tərəfindən düzgün istifadə edilməməsinə görə böyük fəlakətin mümkünlüyü barədə xəbərdarlıq yer alır.

Məruzədə deyilir: “Ermənistanın işğal etdiyi Azərbaycanın rayonlarının birində yerləşən su anbarına 20 il ərzində müntəzəm texniki xidmət göstərilməməsinə görə bütün sərhədyanı region üçün təhlükə törədir”.

Həmçinin qeyd edilir ki, Sərsəng bəndinin lazımı vəziyyətdə olmaması xeyli sayda insan ölümü ilə böyük fəlakətə və yeni humanitar böhrana gətirib çıxara bilər.

AŞ PA komitəsi bu, təxirəsalınmaz humanitar problemlə əlaqədar Ermənistan Silahlı Qüvvələrinin qeyd edilən regiondan dərhal çıxarılmasına çağırıb. Məqsəd müstəqil mühəndislərin və hidroloqların su anbarına girişinin təmin edilməsindən ibarətdir.

 

/Trend/